1. Yan-yana və ya ard-arda duran adamlar və ya şeylər düzümü; səf, cərgə. □ Evlər sırası. İki sıra durmaq.
2. Kinoda, teatrda və s.-də oturmaq üçün bir xətdə düzülmüş yerlər. □ Qabaq sırada oturmaq. Yerimiz dördüncü sıradadır.
3. Bu və ya başqa bir münasibətlə, ya təşkilati cəhətcə bir arada birləşən adamlar toplusu; heyət.
4. Coğrafiya. Cərgə, silsilə. □ Qarlı dağlar sırası.
5. Növbə. □ Sırası gəldikcə. İndi sizin sıranızdır. Mənim sıram hələ gəlməyib.
6. Sinif, dərəcə, cərgə, mərtəbə, rütbə, zümrə. □ Bizi onların sırasına daxil etməyin.
7. Adətən “bir” sözü ilə: bir sıra – bir çox, bir miqdar, çoxlu, yaxud bir qədər, bəzi. □ Bir sıra məsələ. Bunun bir sıra səbəbi var. Oxuculardan bir sıra məktub gəlmişdir.
Həmçinin bax: