Şifahi xalq әdәbiyyatında epik növün geniş yayılmış janrı.
Nağılda xeyirlə şərin, haqla nahaqın mübarizəsi əks olunur. Nağıllar mövzu və bədii şərtiliyin dərəcəsi baxımından məişət nağıllarına və sehrli nağıllara bölünür. Bəzən bu təsnifata tarixi nağıllar da əlavə edilir. Lakin tarixi şəxsiyyətlərin (Şah Abbas, İsgəndər Zülqərneyn və b.) əsas qəhrəman kimi çıxış etdiyi bu nağıllarda bədii şərtilik tarixiliyi xeyli üstələyir. Nağıllar, bir qayda olaraq, pişrov adlanan və nəzm şəklində olan kiçik müqəddimə ilə başlanır. Pişrov nağılın süjeti ilə səsləşmir, dinləyicinin diqqətini cəlb etmək məqsədilə deyilir. Nağılın giriş və sonluq (nağılsonu) hissələrində bu janr üçün xarakterik olan bir sıra standart ifadələr işlədilir: “Biri varmış, biri yoxmuş...” (başlanğıcda), “Göydən üç alma düşdü...” (sonda) və s. Əsas hissədə də təhkiyənin axıcılığını, hadisələr arasında əlaqəni təmin etmək üçün müəyyən standart ifadələr və üslubi fiqurlardan istifadə olunur: “Nağıl dili yüyrək olar”, “Az getdi, üz getdi, dərə, təpə, düz getdi”, “Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi”, “Orda ayla, illə, burda müxtəsər dillə”, “Bu qalsın burda, sənə kimdən deyim...” və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMәclislәrdә nağıl söylәyәn şəxs.
Nağılçılar improvizasiya qabiliyyәtinә malik şәxslər olurdu. Nağılçılıq müәyyәn mәnada ifaçılıq sәnәti olsa da, bu sənətin daşıyıcıları nağıllarımızın təkmilləşməsində və bu günə gəlib çatmasında böyük rol oynayıblar.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiNağılın əsas süjeti bitdikdən sonra söylənən sonluq; epiloq xarakterli final.
Adətən, bir çox nağıllar üçün xarakterik olan standart ifadələrdən ibarət olur: “Göydәn üç alma düşdü, biri nağıl deyәnin, biri nağıla qulaq asanın, biri də nağılı yadda saxlayanın. Siz sağ, mәn səlamət. Siz yüz yaşayın, mәn iki әlli. Hansı çoxdu sizin, qalanını da mәnə verin...” Sonu sevgililərin bir-birinə qovuşması ilə bitən nağıllarda: “Qırx gün, qırx gecә toy elәdilәr. Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, dövrə keçin”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKitab və ya dövri mətbu nəşrlərin istehsalı və satışı ilə məşğul olan hüquqi və ya fiziki şəxs; nəşriyyat sahibi.
Burada “nəşrin istehsalı” dedikdə, ilk növbədə, nəşriyyat-redaksiya prosesləri: redaktə, dizayn, korrektura və s. nəzərdə tutulur. Bu fəaliyyət nəşrin maketinin hazırlanması ilə başa çatır. Nəşr məhsulunun çoxaldılması (tirajlanması) mətbəədə baş verir ki, bunun da maddi-texniki təminatını naşir həyata keçirir. Kitab satışının, habelə marketinqin təşkili də naşirin funksiyalarına aiddir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQafiyə yaradan sözlərin az bir hissəsinin, əsasən, son hecasının səsləşməsi.
Belə qafiyəyə bəzən yoxsul qafiyə və ya yarımqafiyə deyilir; məsələn:
Çеvirib üzünü nərəyə dönsən,
Кönlümün gözləri düşər ardına,
Çünкi təbiətdən öyrənmişəm mən,
Günəbaхan baхar Günəş yurduna. (M.Müşfiq)
Bu nümunədə dönsən sözü ilə mən, ardına sözü ilə yurduna sözləri qafiyə sözlər olsa da, onların yalnız az bir hissəsi – sonu bir-biri ilə səsləşir; yaxud:
Günbəgün könlümün artır qubarı,
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax! (M.P.Vaqif)
Bu nümunədəki qubarı, qəmküsarı, əğyarı qafiyələrinin son iki hecası səsləşdiyi üçün natamam qafiyədir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi xalq ədəbiyyatında lirik növün ən qədim janrlarından biri.
İnsanların dünyagörüşünü, məişətini, adət və ənənələrini, əmək və məşğuliyyətini əks etdirən nəğmənin mövzu baxımından bir çox növləri vardır. Onların arasında əmək nəğmələri çoxluq təşkil edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMahnılarda hər bәndin sonunda tәkrar olunan bir vә ya bir neçə misra.
Nəqəratdan müәllifin ifadә etmәk istәdiyi әsas fikir vә duyğunu qabarıq şәkildә çatdırmaq mәqsәdilә istifadә olunur. Bir çox laylalarda hər bəndin sonunda işlənən “laylay balam, a laylay, / körpə balam, a laylay” nəqərat nümunəsidir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiCümlənin məqsəd və intonasiyaya görə növlərindən biri: müəyyən hadisənin, varlığın olub-olmadığını ifadə edən cümlə.
Məsələn: Yanar ürəklərdən xalqın nurlu taleyi yaranır (V.Hüqo). Nəqli cümlədə məntiqi cəhətdən zəruri hesab edilən sözdə ton yüksəlir, cümlənin sonuna doğru isə enir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiVəzni, qafiyəsi olmayan, ədəbi danışıq dilinə xas cümlələrdən ibarət bədii nitq forması.
Nəzmin struktur vahidləri bəndlər və misralardırsa, nəsrdə bunu həcm və forma baxımından daha sərbəst olan abzaslar və cümlələr əvəz edir. Daha çox nəzmdə rast gəlinən bir çox bədii ifadə vasitələri – məcaz və üslubi fiqurlar bədii nəsr üçün də səciyyəvi ünsürlərdir. Nəsrlə yazılan əsərlər sırasına hekayə, povest, roman, novella, oçerk, memuar və s. daxildir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞәrq vә Azәrbaycan әdәbiyyatında didaktik sәciyyə daşıyan əsərlər.
Nəsihətnamələr hәm nәzmlә, hәm dә nәsrlә yazılıb. Nәsihәtnamә yazan sənətkar xalq təfəkküründən gələn mənəvi-etik normaları aforistik şəkildə oxucuya çatdırır. A.Bakıxanov, S.Ә.Şirvani vә başqa ədiblərin nәsihәtnamәlərində böyüyə hörmət, zəhmətə çağırış motivləri ifadə olunub. A.Bakıxanov “Nəsihətnamə” adlı əsərini nəsrlə yazıb. S.Ə.Şirvaninin isə oğluna nəsihət şəklində yazdığı “Öyüd”ləri nəzmlədir:
Ey oğul, olma talibi-badə,
Getməsin ta ki izzətin badə.
Badənin zuri əqli zail edər,
Adəmi hər fəsadə mail edər.
Əqldəndir şərafəti-insan,
Olmasa əql, mərd olur nadan.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti