Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nağılsonu

Nağılın əsas süjeti bitdikdən sonra söylənən sonluq; epiloq xarakterli final.

Adətən, bir çox nağıllar üçün xarakterik olan standart ifadələrdən ibarət olur: “Göydәn üç alma düşdü, biri nağıl deyәnin, biri nağıla qulaq asanın, biri də nağılı yadda saxlayanın. Siz sağ, mәn səlamət. Siz yüz yaşayın, mәn iki әlli. Hansı çoxdu sizin, qalanını da mәnə verin...”  Sonu sevgililərin bir-birinə qovuşması ilə bitən na­ğıllarda: “Qırx gün, qırx gecә toy elәdilәr. Onlar yedilər, içdilər, yerə keçdilər. Siz də yeyin, için, dövrə keçin”.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti