Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

qafiyə

Nəzm əsərlərinin əsas poetik xüsusiyyəti: misra və ya beytlərin sonunda səslərin həmahəngliyi.

Q. və vəzn şeirə melodiklik verən, onu tez yadda saxlamağa imkan yaradan əsas xüsusiyyətlərdir. Q. yaradan sözlər, adətən, daha yüksək tonla deyilir. Əsərin janrına görə misralardakı Q.-nin yeri də dəyişir. Q. sözün yazılışı deyil, tələffüzü əsasında yaranır.

Arzum budur, kəsilsin göz yaşınız,

Hər bəladan uzaq olsun başınız,

Çiçəklənsin torpağınız, daşınız,

Toxunmasın sizə düsmən, durnalar. (A.İldırım)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti