Şeir misralarında hecaların bərabər sayı və ya vurğulu və vurğusuz, uzun və qısa hecaların müəyyən qaydada düzülüşü hesabına yaranan ahəngdarlıq.
Səslərin nizam, qayda-qanun və tənasübü ilə yaranan vəzn nəzmi nəsrdən fərqləndirən əsas cəhətdir. Hər dilin fonetik quruluşu və səciyyəvi xüsusiyyətləri ilə əlaqədar olaraq ayrı-ayrı xalqların poeziyasında müxtəlif vəznlər yaranıb və təkmilləşdirilib. Azərbaycan ədəbiyyatında üç vəzndən istifadə edilib: heca vəzni, əruz vəzni və sərbəst vəzn (şeir).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti