Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bədii şərtilik

Ədəbiyyat və incəsənətdə həyat həqiqətlərinin qeyri-real, mistik obraz və hadisələr vasitəsilə inikası.

B.Ş. incəsənət və ədəbiyyatın əsasını təşkil edir, çünki bədii əsər həyatın özü deyil, onun obrazlı inikasıdır. Bununla yanaşı, bir çox əsərlərdə B.Ş. simvolika, mübaliğə, fantastika, fantasmaqoriya elementləri vasitəsilə özünün ən yüksək səviyyəsinə çatır. B.Ş. daha çox təmsil, elmi fantastika və s. janrlara xasdır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti