Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəsr

Vəzni, qafiyəsi olmayan, ədəbi danışıq dilinə xas cüm­lələrdən ibarət bədii nitq forması.

Nəzmin struktur va­hidləri bəndlər və misralardırsa, nəsrdə bunu həcm və forma baxımından daha sərbəst olan abzaslar və cümlələr əvəz edir. Daha çox nəzmdə rast gəlinən bir çox bədii ifadə vasitələri – məcazüslubi fiqurlar bədii nəsr üçün də səciyyəvi ünsürlərdir. Nəsrlə yazılan əsərlər sırasına hekayə, povest, roman, novella, oçerk, memuar və s. daxildir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti