Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

memuar

fr. memoires ­– xatirələr

Müәllifin şahidi olduğu, yaxud iştirak etdiyi keçmiş hadisələr haqqında yazısı; xatirə.

Avtobioqrafiya ilə müqayisədə memuarda tiplәşdirmәyә daha çox fikir verilir; yazıçı həyatdan ancaq təsvir olunan dövr və ya şəxs(lər) üçün səciyyәvi hadisәlәri seçib göstərir. Dil və üslubda bədiilik özünü göstərsə də, insanların və hadisələrin təsvirindә təxəyyülə, demək olar ki, yol verilmir. Bəzi me­muar­larda müəllif iştirak etmir, hadisələr müəllifin şəxsən tanıdığı adam(lar)ın dilindən danışılır. C.Mәm­mәd­qulu­za­dәnin “Xatiratım”, A.Şaiqin “Xatirəlәrim”, Anarın “Sizsiz” әsərləri memuar әdəbiyyatının nümunələridir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti