1) Müəllifin bilavasitə şahidi olduğu real faktlardan, hadisələrdən bəhs edən kiçikhəcmli ədəbi əsər.
Oçerk epik növün janrlarından biridir. Hekayədən fərqli olaraq həmişə faktiki həyat materialı əsasında yazılır. Bədii təsvir və ifadə vasitələrindən geniş istifadəsinə görə digər publisistik janrlardan fərqlənir. Oçerklərin portret oçerki (şəxsin, ailənin, xalqın həyatına dair), problemli oçerk (bir problemin təsviri və öyrənilməsinə həsr olunmuş), yol oçerki (müəllifin səfərdə gördükləri barədə) və tarixi oçerk (tarixi faktların, hadisələrin təsvirindən ibarət) kimi növləri vardır.
2) Bir-biri ilə əlaqəli faktlara, hadisələrə, problemlərə və ya eyni məsələnin müxtəlif aspektlərinə həsr edilmiş məqalələr toplusu; əsər.
Bu mənada “oçerk” sözü, adətən, cəmdə işlədilir; məs.: “XX əsr Azərbaycan ədəbiyyatı oçerkləri”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti