ing. stand-up – şou verilişi
Canlı auditoriya qarşısında yumoristik solo-çıxış, komik şou.
XVIII–XIX əsrlərdə Böyük Britaniyada yaranıb. O zaman musiqi klublarında aparıcıların improvizasiya xarakterli məzəli çıxışları S. adlanırdı. XX əsrin 70-ci illərində televiziyanın geniş yayılması ilə bağlı bu janr yenidən canlanıb. Hazırda dünyanın bir çox televiziya kanallarında S. şou verilişləri nümayiş etdirilir. Bu verilişlərdə aparıcı-konferansye gülməli monoloqlar oxuyur, tamaşaçılara atmacalar atır. Aparıcının ustalığı improvizasiyanın nə qədər uğurlu alınması ilə bağlı olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətirus. стопа – ayaq, pillə
Sillabik-tonik vəzndə misradaxili bölgü yaradan bir neçə heca qrupundan (S.-dan) ibarət ritmik ölçü vahidi.
Antik poeziyada və rus şeirində geniş istifadə olunan ölçüdür. S. bir vurğulu hecanın bir və ya iki vurğusuz heca ilə birləşməsindən yaranır. Bu hecaların növbələşməsindən asılı olaraq sillabik-tonik vəznin növü müəyyənləşir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəsəvvüf (sufizm) dini-fəlsəfi cərəyanının nümayəndəsi.
S. yaradıcılığının əsas qayəsi kamil insan və ilahi eşqdir. İlk S. adını alan Əbu Haşim əs-Sufidir. Böyük sufi və zahidlərin yetişdiyi IX–X əsrlərdə təsəvvüflə əlaqədar bir sıra əsərlər yazılıb və beləcə, sufiliyin əsasları müəyyən edilib. Bir sıra məşhur S. şairlər təsəvvüf cərəyanı çərçivəsində təriqətlər yaradıblar: Əhməd Yəsəvi – yəsəvilik, Hacı Bəktaş Vəli – bəktaşilik, Mövlana Cəlaləddin Rumi – mövləvilik, Bəhaəddin Nəqşibənd – nəqşibəndilik, Şeyx Nəimi – hürufilik, Şeyx Səfiəddin Ərdəbili – səfəvilik və s.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiər. – üçdəbir
Ərəb əlifbası ilə yazılan klassik xətt növlərindən biri.
S.X.-ni X əsrdə ərəb xəttatı Əbu Əli Məhəmməd ixtira edib. Bu xətt növündə hərflərin üçdəbir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. S.X. özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu “xətlərin anası” adlandırıblar.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. surrealisme – realizmin fövqü
XX əsrin əvvəllərində Fransada meydana gəlmiş estetik istiqamət, avanqard cərəyan.
Avropa avanqardizminin sonuncu cərəyanı olan S. simvolizm, ekspressionizm və dadaizmin təsiri altında təşəkkül tapıb. Yazıçılardan G.Appoliner (S. terminini ilk dəfə o işlədib), L.Araqon və başqaları bu cərəyanın baniləri hesab olunur. S.-in nəzəri əsasları Freyd və Yunqun psixoanalizindən qaynaqlanır. Onun əsas mahiyyəti şüuraltı impulslara söykənən yaradıcılıqdır. Anormallıq və irrasionallıq S.-ə xas olan cəhətlərdir. Sürrealistlər instinkti, sayıqlamaları, yuxu və qarabasmaları bədii yaradıcılığın qidaverici mənbəyi və estetik prinsipi sayırdılar. Onların fikrincə, “ruhi xəstələr əsl sürrealistlərdir”. S.-in incəsənətdə ən məşhur nümayəndəsi olan Salvador Dalinin rəsmlərində olduğu kimi, sürrealist bədii əsərlərdə də hər bir detal bir yozum tələb edir, çünki bu əsərlərdə real predmet və insanlar deyil, onlarla assosiativ əlaqə yaradan ideya və obrazlar təsvir olunur.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. sema – işarə
Dil vahidlərinin – morfemin, sözün, söz birləşməsinin, cümlənin, eləcə də onların qrammatik forma və konstruksiyasının ötürdüyü informasiya, məzmun; dilçiliyin bu informasiya və məzmunu öyrənən sahəsi.
Semantika işarələr haqqında elm sahəsi – semiotika ilə bağlı linqvistik anlayışdır. Semiotikada hər bir dil vahidi, hətta qrammatik konstruksiya işarə kimi qəbul edilir və onun ifadə etdiyi anlayışla – məna və ya fikirlə bağlılığı müəyyənləşdirilir. Nitq vahidlərinin semantikasını müəyyənləşdirərkən leksik və qrammatik kateqoriyalardan istifadə olunur. Qrammatika nitq hissələrini, onların morfoloji tərkibini, sintaktik konstruksiyaları, sintaktik əlaqələri və s.-ni klişelərlə – formal qrammatik kateqoriyalarla oyrənir. “Leksik məna” dedikdə isə yalnız sozlərin, frazemlərin luğəvi mənası nəzərdə tutulur. Hər bir sozun qrammatik forması onun leksik mənasına əlavə bir informasiya caları qatır. Semantika bu caları müəyyənləşdirir. Şəkilçilərin, köməkci nitq hissələrinin leksik mənası olmur, yalnız qrammatik mənası olur. Semantika isə bütün nitq vahidlərinin, o cümlədən morfemlərin, köməkci sözlərin, söz birləşmələrinin və cümlələrin ötürdüyü informasiyanı əhatə edir. Ona görə də hər bir nitq vahidinin semantikası kontekstdə – söz birləşməsi, cümlə, mətn daxilində nəzərdən kecirilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti