Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bənd

Şeirin iki və daha artıq misradan ibarət olan, vəzn, qafiyə və məzmun baxımından bitkin hissəsi.

Bəndin müəy­yən misraları bir-biri ilə həmqafiyə olur. Bəndlər şəklində olan şeir janrlarına həm əruz, həm də heca vəznində rast gəlmək mümkündür. Aşıq yaradıcılığında olan bütün şeir janrları bəndlər şəklindədir. Bu şeirlərin sabit qafiyə quruluşu var. Bəndlərə əsaslanan şeir şəkilləri bunlardır: müsəlləs (üçlük), bayatı, rübai, tuyuq (birbəndli dördlüklər), qoşma, gəraylı, təcnismürəbbe (çoxbəndli dördlüklər), müxəmməs, təxmis (beşlik), müsəddəs (altılıq), müsəbbe (yeddilik), müsəmmən (səkkizlik), mütəssa (doqquzluq), müəşşər (onluq).

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti