fr. expressionnisme; expression – ifadə
XX əsrin I rübündə Avropa ədəbiyyatı və incəsənətində geniş yayılmış, subyektiv idealizmə əsaslanan modernist cərəyan.
Әn çox Almaniya, Avstriya, Belçika, Macarıstan və Rumıniyada yayılıb. Ekspressionist ədəbi əsərlərdə canlı, konkret xarakterləri son dərəcə ümumiləşdirici surətlər əvəz edir. E. poeziyada mücərrəd obrazlara, dilin ifadəliliyinə həddindən artıq aludəçiliklə xarakterizə olunur. Nəsrdə, əsasən, ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. E. termini mətbuatda ilk dəfə 1911-ci ildə “Fırtına” (Der Sturm) jurnalının təsisçisi Q.Valden tərəfindən işlədilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti