Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

kompozisiya

lat. compositio – tərtib, birləşmə, əlaqə

Əsə­rin məzmununu və bədii formasını təşkil edən kom­po­nent­lərin məcmusu və qarşılıqlı əlaqəsi.

Kompozisiya müəllif ideyasının, məqsədinin daha effektiv şəkildə reallaş­masına xidmət edir. Kompozisiyanın vacib aspektlərindən biri hadisə və obrazların əsərə müəyyən məntiqi ardıcıllıqla daxil edilməsidir. Bu ardıcıllıq zəncirinin hər bir həlqəsi özündən əvvəlkilər və sonrakılarla sıx şəkildə bağlanır və məzmunun açılmasında müəyyən rol oynayır. Məhz buna görə də kamil kompozisiyalı əsərlərdə hər bir epizodun və hətta ən kiçik epizodik surətin öz yeri var. İlk baxışdan əsas süjetlə bağlılığı olmayan haşiyələr belə kompozisiyanın qurulmasında müəy­yən rol oynayır.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti