Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

avanqardizm

fr. avant – qabaq, irəli + garde – qorumaq, mühafizə etmək

Ədəbiyyat və incəsənətdə yaradıcılıq ənənələrini inkar edən cərəyanlara verilən ümumi ad.

A. bədii əsərdə özünü, əsasən, ifadə tərzində, məzmun və formada, dil-üslub xüsusiyyətlərində göstərir. Modernizmlə müqayisədə daha radikal istiqamətdir. A. XX əsrin 20-ci illərində yaranıb, 30-cu illərdə, sosializm realizmi yaradıcılıq metodunun təşəkkül tapması ilə fəaliyyəti daralıb. XX əsrin 90-cı illərindən başlayaraq Azərbaycan ədəbiyyatı və incəsənətində də təzahür edib. Avropada dadaizm, sürrealizm, futurizm, kubizm cərəyanlarının nümayəndələri avanqard ədəbiyyatın nümayəndələri hesab olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti