Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

təsəvvüf

Şərq ədəbiyyatında geniş yayılmış dini və fəlsəfi cərəyan.

Təsəvvüf islam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi-dini təlimin mahiyyətində insanın nəfsi ilə mübarizə aparması, öz varlığından və dünyadan ke­çərək Allaha qovuşması durur. Onun məqsədi ruhi təkamül və kamillikdir. Mədəni və tarixi baxımdan təsəvvüf VIII-X əsr­lərdə formalaşmağa başlayıb. XII əsrin II yarısından baş­layaraq təsəvvüf ideyaları daha da sistemləşərək təlim sə­viy­yəsinə yüksəldi. Ədəbiyyatımızda H.Mənsur, F.Nəimi, Ş.Səfi, İ.Nəsimi bu təlimin mürşidləri olublar. Təsəvvüf cərə­yanının nümayəndələrinə sufilər deyilib. XII əsrdən sufilərin bədii yaradıcılığı təkkə ədəbiyyatı kimi tanınır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti