Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

simvolizm

fr. symbolisme < yun. symbolon – işarə, rəmz

XIX әsrin sonu – XX әsrin әvvәlindә Fransa әdәbiyyatı və incəsənətində meydana gəlmiş estetik cәrәyan.

Bu termin 1886-cı ildə “Fiqaro” qəzetində fransız şairi Jan Moreasın “Simvolizm” manifesti dərc olunduqdan sonra ədəbi dairələrdə işlənməyə başlayıb. S. üçün simvol əsas bədii təsvir vasitəsi və gerçəkliyin inikası üsuludur. Simvolist sənətkar təsvir etdiyi ətraf aləmdə yalnız axirətlə bağlılıq axtarır; onun üçün gördüyü hər bir şey bu bağlılığa bir işarədir. Simvolistlər naturalizm bayağılığından qaçmağa çalışır, həyat faktlarını, düşüncələrini xəyali və duyğusal obrazlar vasitəsilə ifadə edirlər. İfrat fәrdiyyәtçilik vә mistika tәbliği, әdәbiyyatın ictimai vәzifəlәrinin inkarı, hәyata nifrәt hissinin vә ölümün tәrәnnümü S. üçün sәciyyәvi cәhәtlәrdir. Bu cərəyanın nümayəndələri arasında Ş.Bodler, M.Meterlink, H.İbsen, V.Bryusov, A.Blok, K.Balmont kimi şairlər daha çox tanınıb.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti