XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycan, Anadolu və Qərbi İranda yayılan sufi təriqəti.
Hürufiliyin banisi XIV əsrdə yaşamış təbrizli mütəfəkkir Fəzlullah Nəimidir (1339-1394). “Hüruf” sözü ərəb dilində “hərflər” mənasını verir. Hürufilər ərəb əlifbasında olan hərflərin sayını və bəzi rəqəmləri müqəddəs hesab edirdilər. Onlara görə, insanın üzündə «Allah» sözü yazılıb. Bеlə ki, insanın burnu ərəb əlifbasındakı «əlif» (ا), burun pərələri «lam» (ل), gözü isə «hе» (ح) hərflərinə bənzədilir ki, «Allah» (اﷲ) kəlməsi də bu hərflərin birləşməsindən yaranır. Hürufiliyə görə, Allah təbiətdən, əşyadan və insandan kənarda dеyil, onun mahiyyətindədir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti