Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

sürrealizm

fr. surrealisme – realizmin fövqü

XX əsrin əvvəllərində Fransada meydana gəlmiş estetik istiqamət, avanqard cərəyan.

Avropa avanqardizminin sonuncu cərəyanı olan S. simvolizm, ekspressionizmdadaizmin təsiri altında təşəkkül tapıb. Yazıçılardan G.Appoliner (S. terminini ilk dəfə o işlədib), L.Araqon və başqaları bu cərəyanın baniləri hesab olunur. S.-in nəzəri əsasları Freyd və Yunqun psixoanalizindən qaynaqlanır. Onun əsas mahiyyəti şüuraltı impulslara söykənən yaradıcılıqdır. Anormallıq və irrasionallıq S.-ə xas olan cəhətlərdir. Sürrealistlər instinkti, sayıqlamaları, yuxu və qarabasmaları bədii yaradıcılığın qidaverici mənbəyi və estetik prinsipi sayırdılar. Onların fikrincə, “ruhi xəstələr əsl sürrealistlərdir”. S.-in incəsənətdə ən məşhur nümayəndəsi olan Salvador Dalinin rəsmlərində olduğu kimi, sürrealist bədii əsərlərdə də hər bir detal bir yozum tələb edir, çünki bu əsərlərdə real predmet və insanlar deyil, onlarla assosiativ əlaqə yaradan ideya və obrazlar təsvir olunur.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti