Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

nəstəliq xətti

XIV əsrin sonunda ərəb əlifbasının nəsx və təliq xətlərinin sintezi nəticəsində yaranmış bədii xətt növlərindən biri.

Məşhur xəttat Mir Əli Təbrizi tərəfindən yaradılan N.X. XV–XVI əsrlərdə Yaxın Şərqdə, xüsusilə İran və Azərbaycanda geniş yayılıb. Əsasən, kitabların üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında və qitələrin hazırlanmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan N.X.-i gümüş, bürünc və s. qiymətli metallardan, habelə saxsıdan hazırlanan qabların, bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəllərindən isə adi yazılarda da istifadə olunub.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti