Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bılina

Bahadırlar və xalq qəhrəmanları haqqında nağıl şəklində yaradılmış rus xalq eposu.

IX–XIII əsrlərə aid edilən B.-da folklora xas olan mifoloji ənənələr geniş yer tutur. B.-lar məzmunca iki əsas hissəyə bölünür:

1) qəhrəmanlıq B.-ları – İlya Muromets, Alyoşa Popoviç, Dobrınya Nikitiç;

2) tarixi-məişət B.-ları – Svyatoqor, Vasili Buslayev.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bibliofil

Kitaba yüksək qiymət verən, kitabı dəyərləndirən şəxs.

B.-lər qiymətli kitabları, əlyazmaları və müxtəlif nəşriyyat məhsullarını toplayıb öyrənir, mühafizə edirlər. Qərbi Avropada B.-lər tərəfindən kitabların üzərinə vurulan nişanlara ekslibris deyilirdi. Şərqdə isə B.-lər belə kitabların üzərinə möhürlər vururdular ki, həmin möhürlərdə şəxsin adı və ya künyəsi olurdu. Azərbaycanda A.Bakıxanov, M.F.Axundzadə, M.Sidqi, S.Mümtaz, N.Ağayev kimi B.-lərin zəngin şəxsi kitabxanaları olub.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bicar nəğmələri

Daha çox çəltik əkinçiliyi ilə bağlı oxunan əmək nəğmələri.

B.N.-ni çəltik şitilləri əkilib qurtaran gün, bəzən də becərmə və biçin dövründə qadınlar oxuyurlar:

Əkin çəltiyi, əkin!

Çəltiyə çəpər çəkin!

B.N. təkcə çəltik əkini ilə bağlı deyil; bura nanə becərilməsi və toplanılması ilə bağlı nəğmələr də daxildir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

birbəndli dördlüklər

Klassik və müasir ədəbiyyatda əruz və ya heca vəznində yazılmış 4 misradan ibarət lirik şeir forması.

Bayatı, tuyuq, taziyanə, rübai B.D.-dir. B.D. qafiyə quruluşuna görə fərqlənir: a.a.b.a, a.a.a.a, a.a.b.b və s.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bölgü

Şeirin tələffüzü zamanı misranın fasilələr (durğu) hesabına bir neçə hissəyə bölünməsi.

B. şeirdə ritm yaradan əsas vasitələrdəndir. Misra fasilə hesabına iki və daha artıq hissəyə bölünə bilər. Bəzən bu hissələr öz aralarında qafiyələnir (daxili qafiyə). Heca vəznində B. zamanı sözlərin bütövlüyü pozulmur, yəni fasilə sözlərin arasına düşür. Qoşma janrında yazılmış şeirlərdə 6-5, 4-4-3 şəklində B. ola bilir. Birinci misra hansı B.-dədirsə, sonrakı misralar da eyni B.-də olur. Məsələn, aşağıdakı bəndin bütün misraları 6-5 B.-sündədir.

İşarət еylədim, /dərdimi bildi,

Gördüm həm gözəldi, / həm əhli-dildi.

Başını buladı, / gözündən güldü,

Güləndə qadası / canıma düşdü. (Aşıq Ələsgər)

Heca vəznindən fərqli olaraq əruzda və sillabik-tonik vəzndə B. sözün ortasına da düşə bilər.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

buffonada

Son dərəcə mübaliğəli, kobud şəkil almış komizm, təlxəklik, oyunbazlıq.

Kökləri xalq meydan tamaşaları (fars, skomoroxlar, maska teatrı və s.) ilə bağlıdır. Lakin B. ünsürlərinə dünya klassik dramaturgiyasında (V.Şekspir, J.Molyer, N.V.Qoqol və b.) da təsadüf olunur. Məsələn, Qoqolun “Evlənmə” əsərində Podkolesin nişanlısının gözünə görünməmək üçün pəncərədən tullanır. B.-dan sirkdə də çox istifadə edilir.

See also:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti