Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

fars

fr. farce > lat. farcio – doldururam

XIV-XVI əsrlər Avropa, xüsusilə Fransa ədəbiyyatı və teatrında xalq tama­şalarının bir növü: məişət mövzusunda yüngül komediya.

Dramaturgiyanın qədim növlərindən olan fars Fransada şəhər əhalisi arasında, tacir və sənətkarlar mühitində çox yayılmışdı. Bir sıra hallarda dram tamaşalarında fasilələr zamanı gərginliyi azaltmaq üçün oynanılırdı. Farslarda qarın­qululuq, sərxoşluq, xəsislik kimi xüsusiyyətlər tənqid olunur. Komizm, satira elementlərindən istifadə farsın əsas xü­su­siyyətləridir. Buradakı obrazlar individual xarakter kimi deyil, sosial tip kimi təqdim olunur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti