Orta əsrlərdə şərqi slavyan xalqlarında musiqili-ədəbi və dramatik əsərlərin iştirakçıları, çox zaman həm də müəllifləri.
S. mahnı və rəqsləri ifa edən musiqiçilər idi. Skomoroxçuluq XI əsrin ortalarında yaranıb, XV–XVII əsrlərdə geniş yayılıb, XVIII əsrdə tədricən tənəzzülə uğrayıb. S.-ların repertuarına məzəli mahnılar, səhnəciklər, sosial satira daxil idi. Kilsə tərəfindən təqib olunurdular; 1648 və 1657-ci illərdə skomoroxçuluğun qadağan olunması haqqında fərmanlar çıxmışdı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti