Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

bayatı

Şifahi və yazılı ədəbiyyatda lirik növün geniş yayılmış janrı; dördmisralıq şeir.

B.-ların sabit forma xüsusiyyətləri var. B.-nın hər misrası 7 hecalı olur. Qafiyə quruluşu a.a.b.a şəklindədir. B.-da əsas fikir üçüncü və dördüncü misralarda ifadə olunur. B.-lar, əsasən, “Mən aşiq”, “Aşiqəm”, “Eləmi”, “Əziziyəm”, “Əzizim” ifadələri ilə başlayır; məsələn:

Əzizim suda yandı,

Sel kəsdi, su dayandı.

Eşq oduna su tökdüm,

Alışdı, su da yandı.

B.-lar daha çox məhəbbət mövzusunda olsa da, sosial-fəlsəfi, əxlaqi-tərbiyəvi məzmunlu B.-lar da çoxdur. Sarı Aşıq, Xəyyat Mirzə, Ş.İ.Xətai, M.Əmani, Q.Zakir kimi şairlər çoxlu B. müəllifidirlər.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti