Ədəbi şəxsiyyətin yaradıcılığını onun həyat təcrübəsi ilə vəhdətdə öyrənmək metodu.
B.M.-un ən görkəmli nümayəndəsi fransız ədəbiyyatşünası Sent-Byöv (1804–1869) olub. Onun “Ədəbi portretlər” silsiləsində o dövrün bir çox ədibləri haqqında əsərlər yer alıb. Sent-Byöv yazıçının daxili aləminə, hətta məişət şəraitinə də mümkün qədər nüfuz etməyə çalışıb. Hazırda xarici ədəbiyyatşünaslıqda da bir çox monoqrafik tədqiqatlar bu metodla yazılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti