1) Sözün mənalı və gözəl olması, yerinə, məqamına görə işlənməsi, qulaq asanlara münasib olması.
Bu cür danışmağı bacaranlara keçmişdə bəliğ deyilib. Orta əsrlər Şərq filologiyasında bəlağət üç fəndən ibarət xüsusi elm olub. Bu fənlər məani, bəyan və bədi fənləridir. Məani sözün yerinə görə, məqamında işlənməsindən, bəyan mənanın bir-birindən daha aydın bir neçə şəkildə ifadəsindən, bədi isə aydın işlənmiş sözün bəzəkli dona salınmasından, poetik fiqurlarla ifadəsindən bəhs edir.
2) Boş, mənasız fikirlərin süni coşqunluq və pafoslu cümlələrlə ifadə edilməsi.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti