Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ekslibris

lat. ex libris – kitabdan

Kitabın kimə: hansı şəxsə və ya kitabxanaya məxsus olduğunu bildirən işarə, yarlıq.

Adətən, kitab qapağının 2-ci səhifəsinin yuxarı hissəsinə yapışdırılır. Orta əsrlərdə E. kitab mədəniyyətinin bir göstəricisi sayılırdı. Burada kitab sahibinin gerbi və ya kəlam şəklində olan bir şüar əks olunurdu.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti