Şeirin tələffüzü zamanı misranın fasilələr (durğu) hesabına bir neçə hissəyə bölünməsi.
B. şeirdə ritm yaradan əsas vasitələrdəndir. Misra fasilə hesabına iki və daha artıq hissəyə bölünə bilər. Bəzən bu hissələr öz aralarında qafiyələnir (daxili qafiyə). Heca vəznində B. zamanı sözlərin bütövlüyü pozulmur, yəni fasilə sözlərin arasına düşür. Qoşma janrında yazılmış şeirlərdə 6-5, 4-4-3 şəklində B. ola bilir. Birinci misra hansı B.-dədirsə, sonrakı misralar da eyni B.-də olur. Məsələn, aşağıdakı bəndin bütün misraları 6-5 B.-sündədir.
İşarət еylədim, /dərdimi bildi,
Gördüm həm gözəldi, / həm əhli-dildi.
Başını buladı, / gözündən güldü,
Güləndə qadası / canıma düşdü. (Aşıq Ələsgər)
Heca vəznindən fərqli olaraq əruzda və sillabik-tonik vəzndə B. sözün ortasına da düşə bilər.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti