Jurnalistin işıqlandırdığı hər hansı hadisəyə, fakta verdiyi qiymət, onun təsvir obyektinə münasibəti, problemə baxışı.
J.M. materialda subyektivliyin əsasını təşkil edir, ona görə də bu mövqeyin açıqlanmasının hansı halda yolverilən, hansı halda yolverilməz olduğu barədə mübahisələr mövcuddur. Lakin ümumi qəbul olunmuş qaydaya görə, xəbərlərdə J.M. bildirilməməlidir, digər janrlarda isə (köşə yazıları, esselər, oçerklər istisna olmaqla) ona mümkün qədər az yer verilməlidir. Bununla belə, nəzərə almaq lazımdır ki, J.M. materialda həm açıq surətdə (təbliğat, əks-təbliğat, auditoriyaya müraciət, birbaşa qiymətləndirmə), həm də qapalı formada (mövzunun, faktların, arqumentlərin xüsusi seçimi, balansın pozulması) əksini tapa bilər.
See also:
Jurnalistika terminləri lüğəti1. Jurnalistin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin, hüquqları ilə bağlı malik olduğu təminatların, habelə vəzifələrini yerinə yetirməməyə görə daşıdığı məsuliyyətin vəhdəti.
«Jurnalistin hüquqları» və «Jurnalistin vəzifələri» maddələri 2001-ci ildə KİV haqqında qanundan çıxarılıb. Bununla belə, «jurnalist» anlayışının izahından və qanunun digər müddəalarından aydın görünür ki, jurnalistin əsas hüququ informasiya axtarmaq, əldə etmək, hazırlamaq və yaymaqdan, başlıca vəzifəsi isə əhalini məlumatlandırmaq, həqiqəti auditoriyaya çatdırmaqdan ibarətdir. Azərbaycanda J.S. KİV-in ştatlı və redaksiya tapşırıqlarını davamlı yerinə yetirən ştatdankənar müxbirlərinə şamil edilir.
2. Cəmiyyətin sosial strukturunda jurnalistin yeri, ictimai mövqeyi.
Jurnalistin sosial statusu onun cəmiyyətin digər təbəqələri ilə münasibətlərinin xarakterini müəyyənləşdirir və ümumilikdə bu peşə nümayəndələri üçün səciyyəvi olan bir sıra əlamətlərin təsiri altında formalaşır. Həmin əlamətlər jurnalistlərin istifadə etdikləri hüquqların genişliyindən, yerinə yetirdikləri vəzifələrin mahiyyətindən, medianın professional inkişaf səviyyəsindən və s.-dən asılıdır.
Jurnalistika terminləri lüğətiİctimai əhəmiyyət kəsb edən aktual mövzunun, əsasən, cəmiyyətdən gizlədilməklə topluma təhlükə yarada biləcək hər hansı faktın, hadisənin, problemin hərtərəfli araşdırılması; ən mürəkkəb jurnalistika janrlarından biri.
Təhqiqat prosesində jurnalist müəyyən hadisənin konkret nəticələrə gətirib çıxarmış səbəblərini, onun hərəkətverici qüvvələrini, gizli mexanizmlərini üzə çıxarmağa çalışır və bunun üçün digər peşə sahələrinə (istintaq, vəkillik, auditorluq, mətnşünaslıq və s.) xas olan metodlardan istifadə edir. Analitik səciyyə daşıyan və «nəyə görə?», «niyə?» suallarına ətraflı cavab verən J.T. KİV-in əməkdaşlarından vaxt, yüksək professionallıq, o cümlədən müxtəlif informasiya mənbələri ilə iş bacarığı tələb edir.
See also:
Jurnalistika terminləri lüğətiMedianın müxtəlif sahələrində çalışmaq üçün ixtisaslı kadrlar hazırlayan, jurnalistikaya dair nəzəri biliklər verən və praktik vərdişlər aşılayan təlim-təhsil sistemi.
J.T. ali məktəblərdə, uzunmüddətli kurslarda verilir və qısamüddətli ixtisasartırma kurslarında, treninqlərdə, master-klaslarda, seminarlarda davam etdirilir. Özünütəhsil də jurnalistikada kifayət qədər geniş yayılmış təhsil formalarından biridir. Jurnalistlər üçün ilk ali təhsil müəssisələri XIX əsrin ikinci yarısında ABŞ-da, Almaniyada, XX əsrin 20-ci illərində digər Avropa və Asiya ölkələrində yaradılıb. Azərbaycanda jurnalistika təhsilinin tarixi 1929-cu ildə BDU-da jurnalistika bölməsinin yaradılması ilə başlayır.
Jurnalistika terminləri lüğətiJurnalistlərin peşə həmrəyliyi prinsipi əsasında könüllü olaraq yaratdıqları ictimai birliklər.
J.T. söz və mətbuat azadlığının inkişafına, jurnalist hüquqlarının qorunmasına, KİV əməkdaşlarının professional səviyyəsinin yüksəldilməsinə, onların sosial problemlərinin həllinə xidmət edir, müxtəlif media layihələri həyata keçirir. Jurnalistlər cəmiyyətləri və federasiyaları, jurnalistlərin həmkarlar ittifaqları, redaktorlar birlikləri, mətbuat şuraları, jurnalist hüquqlarını müdafiə komitələri və s. J.T.-na misal ola bilər. Bəzi J.T. coğrafi əlamətlər üzrə (dünya, ölkə, şəhər səviyyəsində) bütün media mənsublarını, digərləri konkret sahələr üzrə (parlament müxbirləri, idman reportyorları və s.) ixtisaslaşmış jurnalistləri birləşdirir.
Jurnalistika terminləri lüğətifr. journal – gündəlik, qəzet < lat. diurnalis, diurnale – gündəlik xəbər
Əsas məqsədi informasiya axtarmaq, toplamaq, onu peşəkar şəkildə işləmək və media kanalları ilə yaymaqdan ibarət olan yaradıcı fəaliyyət sahəsi.
Elmi-nəzəri ədəbiyyatlarda bu anlayışın «sosial institut», «müvafiq fəaliyyət növləri və peşələr sistemi», «media məhsullarının cəmi», «kütləvi informasiyanın yayım kanalları kompleksi», həmçinin «elm», «tədris fənləri toplusu» kimi izahları da var. J. sahəsində fəaliyyət xüsusi qanunlarla, beynəlxalq normalarla tənzimlənir, bununla yanaşı, J.-nın öz peşə prinsipləri, qaydaları mövcuddur. J. qəzetçilik, radio jurnalistikası, telejurnalistika, fotojurnalistika, internet jurnalistikası və bu kimi növlərə, çoxsaylı ixtisas sahələrinə, janrlara bölünür.
See also:
Jurnalistikada parlaq ənənələri, səciyyəvi forma və üslubu, fərqli yaradıcılıq xüsusiyyətləri ilə seçilən, davam etdirilməyə layiq zəngin irs qoyan nəşrlərin və ayrı-ayrı şəxsiyyətlərin adı ilə bağlı dəstxət.
Azərbaycan mətbuat tarixində “Əkinçi”, “Molla Nəsrəddin”, “Füyuzat”, Zərdabi, Mirzə Cəlil və s. J.M.-ləri mövcuddur.
Jurnalistika terminləri lüğətiJurnalistikanın ictimai mahiyyəti, sosial məzmunu, fəlsəfəsi və modelləri, sosial sistemdəki yeri, cəmiyyətin digər institutları ilə münasibətləri, missiyası, məqsəd və vəzifələri, fəaliyyət prinsipləri, habelə daxili inkişaf qanunauyğunluqları haqqında təlim.
Jurnalistikada bir-birindən əsaslı surətdə, yaxud bəzi komponentlərinə görə fərqlənən nəzəriyyələr, onların əsasında yaradılmış konsepsiyalar mövcuddur.
See also:
Jurnalistikanın əsas məqsəd və vəzifələrini, jurnalistlərin peşə davranışlarının əxlaqi və hüquqi əsaslarını müəyyən edən qaydalar toplusu.
Jurnalistika təcrübəsində və beynəlxalq jurnalist təşkilatlarının sənədlərində bu peşənin doqquz əsas prinsipi digərlərindən fərqləndirilir:
a. Jurnalistin əsas vəzifəsi həqiqəti üzə çıxarıb auditoriyaya çatdırmaqdır.
b. Jurnalistikanın əsas müttəfiqi maraqlarına xidmət etdiyi cəmiyyət və vətəndaşlardır.
c. Jurnalistikanın mahiyyəti faktlara əsaslanmaq və faktları yoxlayıb dəqiqləşdirməkdədir.
ç. Jurnalistika daim fəaliyyətini işıqlandırdığı subyektlərdən müstəqilliyini qoruyub saxlamalıdır.
d. Jurnalistika hakimiyyətlə münasibətlərində müstəqil müşahidəçi və ictimai nəzarətçi kimi çıxış etməlidir.
e. Jurnalistika cəmiyyətdə tənqid, habelə kompromis əldə edilməsi üçün ictimai forum olmalıdır.
ə. jurnalistika mühüm və vacib olanları ictimaiyyət üçün əhəmiyyətli və maraqlı etməyə can atmalıdır.
f. Xəbərlər cəmiyyətə anlaşıqlı və ölçülü (balanslı) təqdim edilməlidir.
g. Jurnalistlərə öz vicdanlarının diktəsi ilə hərəkət etmək imkanı verilməlidir.
Jurnalistika terminləri lüğətiyun. deontos – lazımi + yun. logos – söz, təlim
Jurnalistikada mənəviyyat problemlərini araşdıran, habelə peşə davranışı qaydalarını öyrənən, onların hüquq normaları ilə uzlaşdırılmasını, optimal informasiya siyasətinin formalaşdırılmasını təmin edən elm sahəsi. □ «Deontologiya» terminini ilk dəfə «mənəviyyatın nəzəriyyəsi» anlamında 1834-cü ildə ingilis filosofu Ceremi Bentham işlədib. Hazırda bu termindən sosiologiya, hüquq, jurnalistika və reklam sahəsində geniş istifadə olunur.
Jurnalistika terminləri lüğətilat. functio – icra, yerinə yetirmə
Jurnalistikanın sosial institut kimi cəmiyyətdə oynadığı rol, yerinə yetirdiyi vəzifələrin icra mexanizmləri və üsulları.
Jurnalistikanın missiyası və məqsədi sahəsində olduğu kimi, onun funksiyaları barədə də elmdə vahid rəy yoxdur. Bu rəyləri ümumiləşdirməklə jurnalistikanın əsas funksiyaları kimi məlumatlandırma, maarifləndirmə, kommunikasiya (əlaqələndirmə) və əyləndirmə (rekreativ, bərpaedici), habelə təşkilatlandırma (inteqrativ, birləşdirici), ideoloji, ictimai nəzarət, izahetmə (şərhetmə, analitik) və reklam funksiyalarını qeyd etmək olar.
Jurnalistika terminləri lüğətiFaktlar və hadisələr barədə həqiqəti cəmiyyətə çatdırmaq, ictimai nəzarətçi kimi hakimiyyətin, digər siyasi, iqtisadi, sosial institutların fəaliyyətini izləmək, inkişafa təhlükə yarada biləcək proseslər haqqında toplumu xəbərdar etmək, problemləri açıb göstərməklə onların həllinə optimal şərait yaratmaq.
Mövcud kommunikasiya nəzəriyyələri məhz bu vəzifələri jurnalistikada daha vacib hesab edir. Bununla yanaşı, medianın cəmiyyətdə yerinə yetirdiyi vəzifələr qat-qat genişdir və jurnalistikanın funksiyaları ilə sıx bağlıdır.
See also:
Jurnalistika terminləri lüğəti