Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotojurnalistika

yun. photos – işıq + lat. diurnalis, diurnale – gündəlik xəbər

Ha­di­səni, faktı oxucu (tamaşaçı) auditoriyasına görüntülər (fotoşəkillər) vasitəsilə çat­dı­ran xəbərləmə forması, jur­na­lis­ti­kanın bir sahəsi.

F.-da şəkillər mətnə nis­bətən üs­tünlük təşkil edir, yaxud mətndən, ümu­miy­yətlə, istifadə olunmur (məsələn, «Sözsüz», «Şərhsiz» kimi qəzet, jurnal rubrika­la­rın­da). Tarixən xəbərlərin təq­di­matında foto­şəkillərdən geniş istifadə edən ilk kütləvi informasiya vasitəsi London news həftəlik qəzeti (1842) olub. Lakin F., əsasən, müha­ribə meydanlarında for­malaşıb. İlk fotoreportajları ingilis jur­na­listləri London news qəzeti üçün Krım sa­­vaşından (1853–1856), Amerika repor­tyor­ları Harper`s Weekly üçün ABŞ Və­təndaş müharibəsindən (1861–1865) ha­­­­­­zırlayıblar. Bununla belə, həmin dövrdə poliqrafiya imkanları zəif olduğundan bu şəkillər qravürə bənzə­yib. Yalnız 1880-ci illərdən – mətbəə avadanlıqları təkmil­ləş­dirildikdən və maq­ne­zium işıq­landırması kəşf edildikdən son­ra F.-nın əsl inkişaf mərhələsi başlayıb. Müasir F. multimedia əsərləri və sənədli filmlər ya­radıcılığı sə­viy­yəsinə yüksəlib. Müxtəlif formatları – şəkil, kompüter qrafikası, səs və s.-ni özün­də ­bir­ləşdirən F. internet və mobil cihazlar ­va­sitəsilə əvvəllər təsəvvürə gətirilə b­i­linməyəcək dərəcədə nəhəng auditoriya ­qa­­zana bilib.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti