lat. extremum – ən son
İnformasiyanın toplanması, hazırlanması, bəzən ötürülməsi proseslərinin hərbi münaqişə, etnik-dini konflikt, fövqəladə vəziyyət və fəlakət zonalarında həyata keçirildiyi jurnalist fəaliyyəti sahəsi.
E.J. hadisələrin dolğun işıqlandırılmasına, tarixi faktların toplanmasına, qanlı münaqişələrə dair həqiqətlərin auditoriyaya çatdırılmasına xidmət edir. Təhlükəli və riskli ekstremal şəraitdə çalışan jurnalistlərdən xüsusi vərdişlər və professionallıq tələb olunur.
See also:
Jurnalistika terminləri lüğəti