1. Jurnalistikada radionun ifadə vasitələrinə (söz, musiqi, səs) və radio yayımının texniki imkanlarına əsaslanan fəaliyyət sahəsi.
2. Radio proqramları və verilişlərinin, habelə radionun özünəməxsus ifadə vasitələrinin məcmusu.
R.J. jurnalistikanın digər sahələrindən, xüsusilə çap mediasından fərqli spesifik xüsusiyyətlərə malikdir: yüksək dərəcədə operativlik, auditoriyaya geniş emosional təsir imkanları, informasiyanın eyni zamanda böyük kütləyə çatdırılma xərclərinin ucuzluğu və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti