lat. status – vəziyyət, hal
1. Vətəndaşın, hər hansı peşə sahibinin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrinin məcmusu.
Bu hüquqlara verilən təminatlar və vəzifələrin yerinə yetirilməməsinə görə məsuliyyət də «hüquqi S.» anlayışına daxil edilir.
2. Fərdin və ya müəyyən əhali qrupunun cəmiyyətdə, yaxud onun tərkib hissəsi olan ayrıca ictimai sistemdə yeri, sosial vəziyyəti.
Sosial S. hər bir sistem üçün səciyyəvi olan əlamətlər əsasında (iqtisadi imkanlar, milli mənsubiyyət, yaş və s.) müəyyənləşdirilir, təhsil səviyyəsinə, konkret sahədə bacarıqlara və s.-yə görə fərqləndirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti