lat. algorithmi – özbək riyaziyyatçısı Məhəmməd əl-Xarəzminin adının latın transliterasiyasından
1. Qarşıya qoyulan məsələni həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığı.
Hesablama maşınları proqramlarla idarə olunur, bu proqramlar isə A. əsasında tərtib edilir. A.-lərdən jurnalistikada monitorinqlər və mətnlərin təhlili üçün metodologiyaların hazırlanmasında istifadə olunur. Hazır xəbərdə rəqəmlərin yerini, sözləri dəyişməklə onu təkrar-təkrar dərc edən jurnalistə «A.-lərlə yazan jurnalist» deyirlər. Belə hallara informasiya agentliklərində daha çox rast gəlinir.
2. Kompüterdə verilənlərin təhlili və başqa mətnlərin monitorinqi əsasında avtomatik üsullarla hazırlanmış xəbər, məqalə.
3. Verilənlərin təhlili və başqa mətnlərin monitorinqi əsasında avtomatik üsullarla xəbər, məqalə hazırlayan kompüter, robot.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti