Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kommunist mətbuat nəzəriyyəsi

Me­dianın əsas rolunu kommunizm idea­l­larının təbliğində, hakim partiyanın ­məq­­­­səd­­lərinə və ideologiyasına xidmət etməkdə görən nəzəriyyə.

K.M.N.-nə görə, KİV, ilk növ­bədə, kollektiv təbliğatçı, təşviqatçı və təş­kilatçıdır. Cəmiyyəti idarə etmək üçün mühüm alətlərdən biri kimi onlar haki­miyyətin tabeliyində olmalı, döv­lət ­tə­rə­findən maliyyə­ləş­di­rilməlidir. Sinfi zid­diy­yətlərin aradan qal­dırıldığı şəraitdə me­dia qabaqcıl təcrübəni yaymalı, əhalini partiyanın tapşırıqlarını yerinə yetirməyə səfərbər etməli və bu yolda maneələri tənqid atəşinə tutmalıdır. K.M.N. dörd əsas mətbuat nəzəriyyəsi sırasında avtoritar konsepsiyaya malik ­ikinci ideyalar siste­midir.

See also:

Jurnalistika terminləri lüğəti