Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

çurnalizm

ing. churn – nehrə + ing. journalism – jurnalistika

Məqalələrini press-relizlər, xəbər agentliklərinin materialları, digər hazır sənədlər əsasında yazan media əməkdaşlarının məşğul olduqları jurnalistika növü.

Bununla həmin media əmək­daşları vaxtlarına qənaət etməyə və asan yolla pul qazanmağa çalışırlar. Araşdırma aparmaq və faktları yoxlamaq üçün səy göstərməyə ehtiyac qalmır. Ç. neologiz­mi­ni 2008-ci ildə BBC-nin reportyoru Va­sim Za­kir yaradıb. O, redaksiyadan çıx­madan faktları, sitatları ordan-burdan toplayan jur­na­listləri «hazır süddən yağ çalan çur­nalistlər» adlandırıb. XXI əsrdə Ç. dünyanın bir çox media strukturlarında geniş yayılıb. Kardiff universitetinin araş­dırması (2006) göstərib ki, Britaniya mət­buatında dərc olu­nan ya­zıların yalnız 12%-ni orijinal materiallar təşkil edir, 60%-i isə tamamilə, yaxud əsasən hazır məlu­mat­ların toplu­su­dur. Bu prosesin qarşısını almaq üçün bir sıra təşkilatlar (Gutenberg Consortia Center, Sunlight Foundation) xüsusi layihələr (Churnalism, Churnalism US) həyata ke­çirir.

See also:

Jurnalistika terminləri lüğəti