Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

liberal mətbuat nəzəriyyəsi

Azad və müs­təqil medianın əsas məqsədinin fikir plüralizminə şərait yaratmaq, cəmiyyətin həqiqəti tapmasına, sosial və siyasi prob­lemləri həlli etməsinə kömək göstərmək, hakimiyyət orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək olduğunu bəyan edən nəzəriyyə.

L.M.N. geniş ya­yılmış dörd mətbuat nəzəriyyəsindən bi­ridir. Bu nəzəriyyə XVII əsrin sonlarından etibarən İngiltərə və ABŞ-da böyük mütə­fəkkirlər Con Miltonun, Con Lokkun, Con Millin ideyaları əsasında formalaşmağa başlayıb. L.M.N.-nə görə, medianın başlıca funksiyaları əhalini məlumatlandırmaq və əyləndirməkdən, öz iqtisadi bazasını möh­kəmləndirməklə müstəqilliyini təmin et­məkdən ibarətdir. Mətbuat dövlət də daxil olmaqla heç kimin nəzarəti altına düşmə­məlidir, hər kəs istədiyi məlumatı çap edə bilməlidir, nəyin doğru, nəyin yalan oldu­ğuna isə cəmiyyət özü hökm verməlidir. Medianın fəaliyyəti yalnız azad rəqabət qanunları və məhkəmələr tərəfindən tən­zimlənməlidir. Faktik olaraq bu nəzəriyyə, bəzi məhdudiyyətlər saxlanmaqla (böh­tanın, ədəbsizliyin, müharibə dövründə xəyanətin) mətbuatın geniş azadlığı kon­sepsiyasıdır. O, liberal-demokratik dövlət prinsiplərinə və dəyərlərinə (fərdin maraq­larının üstünlüyü, xalqın iradəsinin suve­renliyi, həqiqətə və tərəqqiyə inam və s.) söykənir.

See also:

Jurnalistika terminləri lüğəti