Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

media siyasəti

lat. medium – ara, va­si­təçi

Dövlətin ölkədə sözmətbuat azadlığının təmin edilməsi, medianın fəa­liy­yə­tinin tənzimlənməsi sahəsində yü­rütdüyü siyasət, həyata keçirdiyi tədbirlər komp­leksi.

Jurnalistika terminləri lüğəti

mediaforum

lat. medium – ara, vasitəçi + lat. forum – mərkəzi meydan

Media ­nü­mayəndələrinin, mediaekspertlərin, gör­­kəmli ictimai-siyasi xadimlərin iştirakı ilə jurnalistikanın qlobal problemlərinin ­mü­­za­kirəsinə həsr olunmuş böyük top­lantı.

M.-lar media məsələlərinə həsr olunmuş digər toplantılardan mövzunun əhatə dairəsinin genişliyi və iştirakçıların çoxluğu ilə fərqlənir. 2014-cü ilin avqustunda İndoneziyada keçirilmiş Qlobal Media Forumunun qətnaməsində deyilir: «Qlobal Media Forumu davamlı inkişafa yardım istiqamətində medianın poten­sialının artırılması, həmçinin ifadə azadlığı və medianın müstəqilliyi kimi mühüm məqsədlərin 2015-ci ildən «Davamlı in­ki­şaf məqsədləri» sırasına daxil edilməsi üçün «Yol xəritəsi» irəli sürür».

Jurnalistika terminləri lüğəti

mediakit

lat. medium – ara, vasitəçi + ing. kit – alət dəsti

Media nüma­yən­dələrinə şirkət, onun məhsulu, layihə və ya tədbir haqqında ətraflı məlumat verən materiallar toplusu, sənəd dəsti.

M. bir neçə yazılı mətndən, audiovizual sə­nəddən ibarət ola bilər. M. əsas marketinq alət­lə­rindən biridir, adətən, təqdimat mə­ra­sim­ləri və piar tədbirləri zamanı jurnalistlərə paylanır.

Jurnalistika terminləri lüğəti

mediakratiya

lat. medium – ara, vasitəçi + yun. kratos – hakimiyyət

Kütləvi informasiya vasitələrinin siyasi təsiri, ­ha­­kimiyyəti.

M. faktik olaraq siyasi ­ha­­­­ki­miyyətlə medianın simbiozudur, o, ­qə­­­rarların qəbul edilməsi prosesinə və ­ictimai müzakirələrin gedişinə KİV-in həll­edici təsir göstərdiyi şəraitdə müm­kündür. M. və «dördüncü hakimiyyət» terminləri arasında oxşarlıq böyükdür, bununla ya­naşı, mühüm fərqlər də var.

See also:

Jurnalistika terminləri lüğəti

mediaqrafiya

lat. medium – ara, vasitəçi + yun. grapho – yazıram

Əsərlərin, ­media məhsullarının elektron formada ­top­lan­ması, siyahıya alınması, sistem­ləşdirilməsi və təsviri.

Biblioqrafiya çap olunmuş ki­tabların siyahısıdırsa, M. – elektron nəşr­lərin siyahısıdır.

Jurnalistika terminləri lüğəti

medialinqvistika

lat. medium – ara, va­sitəçi + lat. lingua – dil

Linqvistikanın mediada və kütləvi kommunikasiyada is­tifadə olunan dilin funksiyalarını, forma­larını, di­gər xüsusiyyətlərini öyrənən sahəsi.

Bu sahə getdikcə genişlənir, KİV-də fikirideyaların yalnız sözlə deyil, digər üsullarla da ifadə formalarını, auditoriyaya müxtəlif təsir vasitələrini araşdırır. «Qəzet dili», «radio dili», «televiziya dili», «yeni me­dianın dili» M.-nın əsas anlayışlarındandır.

See also:

Jurnalistika terminləri lüğəti

medialogistika

lat. medium – ara, vasitəçi + yun. logistike – hesablamaq, düşünmək bacarığı

1. Media idarəçiliyinin yeni forması, müxtəlif kütləvi informasiya vasitələrinin menecmentinin onlayn sis­tem­də ardıcıl və asan həyata keçirilməsini tə­min edən texnoloji proses.

M. bütün kontent sahiblərinə, ilk növbədə, ənənəvi kütləvi informasiya vasitələrinə məh­su­lun hazırlanması, ötürülməsi və satışını ­sü­­­­­­­­­­rət­ləndirmək, bunun üçün yeni ­kommunikasiya vasitələrindən, sosial şəbəkələrdən istifadə etməklə vaxt və maddi vəsait itkilərini azaltmağa yardım gös­tər­mək məqsədilə yaradılıb. Mi­sal: «Medialogistika platformasının bazarı 2018-ci ilə 400 milyon funt-sterlinqə çatacaq: artımı ənənəvi kütləvi informasiya vasitələri stimullaşdırır» (Böyük Brita­ni­yanın İTProPortal texnoloji xəbər və təhlil agent­liyi). 

2. Kommersiya təşkilatlarının marketinq siyasətində media ilə bağlı bü­tün təd­­­bir­l­ərin plan­laş­dırıl­ma­sını, yerinə yetiril­mə­si­ni, informasiyanın son hədəfə çat­dırıl­­masını nəzərdə tutan proses.

M.-nın məhsulun prezen­tasiya­sının, satışının yeni mediatexnologiyalarından istifadə etməklə (məs.: onlayn rejimdə) həyata keçirilməsi, is­tehlakçılar üçün xüsusi şə­bəkələr ya­ra­dılması və bu kimi üsulları getdikcə yayılır. ABŞ-ın, Avropa ölkələrinin bir çox iri kommersiya strukturlarının sayt­larında M. üzrə əlaqələndirici vəzi­fə­sinə müsabiqə elan­larına tez-tez rast gəlmək mümkündür.

Jurnalistika terminləri lüğəti

mediamaqnat

lat. medium – ara, vasitəçi + lat. magnatus – hökmdar

Çoxsaylı me­dia resurslarının sahibi, yaxud onların səhm nəzarət paketinə malik olmaqla media-holdinqlər vasitəsilə fəaliyyətlərini idarə edən şəxs.

M.-lar siyasi cəhətdən böyük nüfuza malik çox varlı insanlar olurlar.

Jurnalistika terminləri lüğəti

mediamarketinq

lat. medium – ara, va­si­təçi + ing. marketing – əmtəə bazarında hərəkət, fəaliyyət

1. Media məhsulunun, yaxud xidmətinin bazarda tanıdılması, ­is­tehsalının təşkili və satışının idarə olun­ması üzrə tədbirlər sistemi.

Bu komp­leksə auditoriyanın, istehlakçı tələbatının öyrə­nilməsi, məhsulun dizaynının, formatının müəyyənləşdirilməsi və ya is­tehlakçı tələ­batına uyğun olaraq təkmilləşdirilməsi, onun yayımının, reklamının təşkili, reklam sifarişçiləri ilə, abunəçilərlə və digər is­tehlakçı qruplarla əlaqələrin qurulması, ­ba­­­­­za­rın və rəqabət mühitinin təhlili kimi müx­təlif tədbirlər və vəzifələr daxildir. 

2. Hər hansı məhsulun istehsalı, bazarda tanıdılması və satışı prosesinin idarə olun­masında kommersiya təşkilatlarının media vasitəsilə həyata keçirdiyi tədbirlər sistemi.

Jurnalistika terminləri lüğəti