Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

elektron nəşr

Yalnız elektron formatda və elektron daşıyıcılarda mövcud olan qeyri-dövri, yaxud dövri nəşr.

Qeyri-dövri E.N.-lərə kitablar, hesabatlar, referatlar, se­mi­narların materialları və s. misal ola bilər. Dövri E.N.-lər dedikdə isə, əsasən, elektron qəzet və jurnallar nəzərdə tutulur. İdeya, forma və məzmunca, fəaliyyət prin­siplərinə görə onlar ənənəvi qəzet və jurnallardan az fərqlənir. Lakin dövri E.N.-lərin tirajı olmur, oxucular onlara internet vasitəsilə çıxış əldə edirlər. Belə qəzet və jurnallar həm də interaktivliyi, operativliyi ilə seçilir. Dünya jurnalistikasında ənənəvi qə­zet və jurnalların E.N.-lərlə əvəzlənməsi tendensiyası sürətlənir. Çünki dövri E.N.-lər xeyli ucuz başa gəlir və kiçik məsrəflə daha geniş auditoriyaya çatdırıla bilir. Çox zaman belə nəşrlər abunə yolu ilə yayılır. Amma açıq E.N.-lər də az deyil.

See also:

Jurnalistika terminləri lüğəti