Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mediaekspert

lat. medium – ara, vasitəçi + lat. expertus – təcrübəli

Media sa­hə­sində hərtərəfli bilik və xüsusi baca­rıqlara malik olan mütəxəssis.

Bu bilik və ­ba­carıqlar M.-in iş təcrübəsinə, apardığı tədqiqatlara, dərin və ardıcıl təhsilinə əsas­­lanır. Mediaya aid məsələlərdə onun rəyi soruşulur, məsləhətləri dövlət orqan­la­rın­da, beynəlxalq təşkilatlarda, jurnalist qu­rumlarında nəzərə alınır.

Jurnalistika terminləri lüğəti