Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

kütləvi informasiya vasitələrinin dili

1. Kütləvi informasiya vasitəsi məhsulu­nun hazırlanmasında istifadə olunan dil.

Azərbaycan qanunvericiliyi dövlət dilini KİV-in əsas dili kimi müəyyənləşdirir, eyni zamanda onlara ölkə əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış dillərdən istifadə hüququ verir. K.İ.V.D. kütləvi şüurdakı də­yi­şik­liklərə çevik reaksiya verir, dil qaydalarının formalaş­ma­sında, yeni söz yaradıcılığında fəal iştirak edir. Milli dili qorumaq üçün K.İ.V.D.-nin saflığını təmin etmək vacibdir.  

2. İn­for­­masiyanı istehlakçıya çatdırmaq üçün media orqanlarının istifadə etdiyi bütün ifadə vasitələrinin, üslub formalarının cə­mi.

Müxtəlif növ KİV-in özünəməxsus ifadə vasitələri olur, ona görə də qəzet-­jurnal dili, radionun dili, televiziyanın dili fərqləndirilir; məsələn, radio hər hansı in­for­masiyanı auditoriyaya sözsüz, səslər və intonasiya vasitəsilə, televiziya isə təsvirlər və jestlərin köməyi ilə çatdıra bilər.

See also:

Jurnalistika terminləri lüğəti