1. Şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe.
Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N. termininə 2014-cü ilin fevralında verdiyi rəsmi tərifdir. Lüğətlərdə N. anlayışının fərqli izahları mövcuddur: təşkilat, şəxs barədə cəmiyyətdə formalaşmış fikir, sözükeçmə, hörmət, etibar və s. Ölkə qanunvericiliyində isə N. insanların mənəvi dəyərlərindən biri elan edilərək mülki və cinayət məcəllələri ilə qorunsa da, onun dəqiq tərifi yoxdur. Məhz bu səbəbdən, həmçinin KİV-də N.-dansalma məsələləri ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırmaq üçün Ali Məhkəmə anlayışa hüquqi izah verib.
2. Kiminsə, nəyinsə başqalarına təsiri; məs.: qəzetin nüfuzu.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti