Hər kəsin öz fikrini sərbəst ifadə edə bilmək hüququ.
İnsanın şəxsi düşüncəsində qalmaq, dövlət sərhədlərindən asılı olmayaraq öz seçiminə uyğun üsullarla istənilən ideya və bilgiləri axtarmaq, almaq, yaymaq hüquqları da buraya daxildir. Avropa İnsan Hüquqları Məhkəməsi İ.A.-nı cəmiyyətin tərəqqisinin əsas şərtlərindәn biri kimi qiymətləndirir və onu yalnız alçaldıcı olmayan, hamı tərəfindən razılıqla qarşılanan məlumatlara deyil, hәm də dövlәti, yaxud əhalinin hәr hansı tәbəqәsini hiddәtləndirәn, narahat edәn informasiya vә ideyalara da aid edir. Bununla belə, beynəlxalq paktlar və konvensiyalar iğtişaş və cinayətin qarşısını almaq, sağlamlığı, mәnəviyyatı, digәr şәxslərin nüfuzunu vә hüquqlarını qorumaq üçün, habelə milli təhlükәsizlik, ərazi bütövlüyü, ictimai asayiş, bəzi digər maraqlar naminә İ.A.-nın həyata keçirilməsini məhdudlaşdırmağı mümkün hesab edir. Lakin həmin məhdudiyyətlər mütləq üçqat test üsulu ilə yoxlanılmalı və onun tələblərinə cavab verməlidir: qanunla nəzərdə tutulmalı, qanuni məqsədlər güdməli, demokratik cəmiyyətdə zəruri olmalıdır.
See also:
Jurnalistika terminləri lüğəti