Reklam
Reklam

Все словари

vadoz suları

lat. vadosus – dərin olmayan

Atmosfer mənşəli yeraltı sular.

V.S., əsasən, yağıntının Yer qabığının üst laylarına hopması və qismən havadakı su buxarının süxurların məsamələrində sıxlaşması nəticəsində yaranır.

Coğrafiya terminləri lüğəti

vahə

ərəbcə

Səhralarda suyu, bitki örtüyü olan ərazi.

V.-nin əmələ gəlməsinə səbəb ərazidə ətraf rayonlara nisbətən rütubətin çox olmasıdır. Belə yerlərdə təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır. V.-lərin sahəsi bir neçə hektardan yüzlərlə hektara qədər olur. V.-lərdə də, vadilərdə olduğu kimi əhali yaşayır, kənd təsərrüfatı məhsulları yetişdirilir. Bəzi V.-lərdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər becərilir. Lakin Afrika və Cənub-Qərbi Asiyadakı V.-lərin tipik bitkisi xurma ağacı hesab olunur.

Coğrafiya terminləri lüğəti

vaxt dəyişmə xətti

Yer kürəsinin Şimal və Cənub qütblərini birləşdirən, qərb tərəfindəki ərazidə yerli vaxtla şərq tərəfindəki ərazidə yerli vaxt arasında bir gün fərq olan şərti xətt.

Şimal qütbündən başlanan V.D.X. Berinq boğazından keçərək 180° meridianla cənuba doğru uzanır və Antarktidanı çıxmaq şərti ilə heç bir yerdə quruya rast gəlmədən Cənub qütbünə çatır. V.D.X. üzərində gün ya qurtarır, ya da başlayır. Bu xətdən qərbə keçən gəmidə bir gün “itir”, yəni təqvimdən çıxılır; şərqə keçən gəmidə isə bir gün “artır”, yəni iki dəfə sayılır; məsələn, xətdən şərqdə 31 martdırsa, qərbdə təxminən eyni saat, lakin 1 apreldir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

Valday buzlaşması

Kaynozoy erasının Dördüncü dövründə Şərqi Avropada sonuncu buzlaşma.

Buzlaşmanın cənub sərhədi Valday yüksəkliyinə çatdığı üçün belə adlandırılıb. Təqribən 11-70 min il əvvəl baş verib. V.B.-nın mərkəzi Botnik körfəzi olub. Buzlağın qalınlığı 3 km-ə çatıb. Buzlaşma Şimali və Şərqi Avropanın təbiətinə ciddi təsir göstərib.

Coğrafiya terminləri lüğəti

vatta

alm. watten < holl. wadden – sahilboyu dayazlıqlar

Dəniz və okeanlarda qabarma zamanı su altında qalan, çəkilmə zamanı üzə çıxan sahilboyu alçaq ovalıq.

Belə ovalıqlar Hollandiya ilə Danimarkanın dəniz sahillərində, Meksika körfəzində geniş yayılıb, onların eni bəzən 10-20 km-ə çatır. Şimal dənizinin, Ağ, Oxot və Berinq dənizlərinin, ABŞ-da Atlantik okeanının sahillərində də V. vardır.

Coğrafiya terminləri lüğəti

vegetasiya dövrü

lat. vegetatio – oyanma, canlanma

Meteoroloji amillərdən asılı olaraq bitkilərin boy atıb inkişaf etdiyi dövr.

V.D., əsasən, orta günlük temperaturun 10°C-dən yüksək olduğu dövrə uyğundur. Mülayim iqlim şəraitində bu dövr son yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropiksubtropik iqlim şəraitində isə ilboyu davam edir. V.D.-ndə bitki bütün inkişaf fazasını keçir. Azərbaycanda V.D. tərəvəz bitkiləri üçün 90-120, yarpağı tökülən ağac və kol bitkiləri üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün ilboyu) hesab olunur.

Coğrafiya terminləri lüğəti

vest

alm. West – qərb

Üfüqün qərb cəhətinin beynəlxalq adı.

Azimut dərəcəsi 270°-dir. W hərfi ilə işarə olunur.

Coğrafiya terminləri lüğəti

vulkan

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Zirvəsindəki kraterdən, həmçinin budaq yollardan Yerin səthinə lava, kül, daş və qazlar püskürdən, adətən, konus formasında təpə, yaxud dağ.

V. Yerin dərinliyində yerləşən maqma kamerasından (vulkan ocağı), maqmanın yuxarı qalxdığı kanaldan, səthə çıxdığı boğaz, ağızlıq (krater), həmçinin budaq yollardan, püskürmə nəticəsində xaricə atılmış lava, kül, şlak qatlarından ibarət olur. V.-lar aktivliyinə görə fəaliyyətdə olan, yatmış və sönmüş V.-lara bölünür. Yer kürəsində fəaliyyətdə olan V.-ların sayı 600-dən çoxdur, onların təqribən 2/3-si Sakit okeanın ətrafındadır və bu əraziyə Sakit okean V. qövsü deyilir. Formalarına görə qalxanvarı, günbəzli, şlak konuslu V.-lar və stratovulkanlar fərqlənir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

vulkan adası

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı

Okean və dənizlərin dibində vulkanların fəaliyyəti nəticəsində əmələ gəlmiş ada.

Belə adalar sualtı vulkanın zirvəsini təşkil edir. İslandiya, Havay və Bali adaları ən böyük vulkan mənşəli adalardır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

vulkan bombası

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. bombos – dərin və batıq səs

Vulkan püskürməsi zamanı yüksək təzyiq altında kraterdən havaya atılan nisbətən böyük lava yumağı, yaxud qırıntısı.

V.B.-nın, adətən, bir neçə santimetrlik diametri olur, lakin partlayış baş verdikdə səmaya tonlarla ağırlığa malik yumaqlar da qalxır. Havada bomba soyuyur və yerə düşərkən spesifik formalar alır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

vulkan buludu

Vulkan püskürən zaman bəzən onun üstündə yaranan topa bulud.

V.B. havaya atılan qaz, toz, buxar qarışığından ibarətdir, zəhərlidir və vulkan yamacları ilə sürətlə hərəkət edir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

vulkan kanalı

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + lat. canalis – boru, nov

Vulkan ocağını Yerin səthi ilə birləşdirən, maqmanın səthə çıxmasına yol açan şaquli, yaxud maili nov, geniş çat.

Coğrafiya terminləri lüğəti

vulkan konusu

lat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı + yun. konos – şam qozası

Vulkan püskürməsi materiallarından yaranmış başıkəsik konus şəklində yüksəklik.

Adətən, vulkan krateri bu konusun zirvəsində yerləşir. V.K.-nun yamaclarının maililiyi püskürmə materiallarının xarakterindən asılı olaraq 30°-40° təşkil edir.

Coğrafiya terminləri lüğəti