Böyük su hövzəsinin (okean, dəniz, göl) quruya çox daxil olmuş, lakin onunla sərbəst su əlaqəsini saxlayan nisbətən kiçik hissəsi.
K.-lər bitki və heyvanlar aləminə, sularının xassələrinə, kimyəvi tərkibinə görə bağlı olduqları hövzələrdən az fərqlənir (çayların töküldüyü K.-lər istisna təşkil edir). Lakin bəzi hallarda öz ölçülərinə və hidroloji rejimlərinə görə dəniz adlandırılmalı olan akvatoriyalar da K.-lərə aid edilir: məsələn, Meksika, Fars, Hudzon K.-ləri və s.
Coğrafiya terminləri lüğəti