alm. schlacke – zərbə
1. Filiz əridilərkən maye metalın üzərində toplanan, soyuduqda şüşə şəklində donan süxur qırıntıları və küldən ibarət kütlə.
Ş.-dan tikinti materialları istehsalında xammal kimi geniş istifadə olunur.
2. Bərk yanacaqların tullantıları.
3. Vulkan püskürməsi zamanı sıyıq lavanın soyuması nəticəsində ərimiş dağ süxurlarının əmələ gətirdiyi məsaməli, tündrəngli vulkanik şüşə.
Coğrafiya terminləri lüğəti