Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vulkan püskürməsi

Vulkanın fəaliyyət dövrü olub qaz və su buxarının, vulkan külünün, vulkan bombalarının və maqmanın Yer səthinə çıxması prosesi.

V.P. bir neçə saat, yaxud illərlə davam edə, fasilələrlə təkrarlana bilər. V.P. fövqəladə hal hesab edilir, lazımi tədbirlər görülməsə, onun təbii fəlakətlə nəticələnməsi mümkündür. Yerin 100 km dərinliyində təxminən 1300°C temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş kütlə plastik formaya malik maqmaya çevrilir. Maqma vulkan ocağında yığılır. Təzyiq artdıqca o, çatlarla və yarıqlarla hərəkət edərək Yerin səthinə çatır. Beləliklə, püskürmə baş verir. Müxtəlif V.P. tipləri məlumdur. Onlara, əsasən, xarakterik davranış nümayiş etdirən məşhur vulkanların adları verilib: məsələn, İsland tipi – həddən artıq duru lavanın qırıntılar, toz qarışıq sıçrayışla səthə çıxması; Havay tipi – duru lavanın çatlardan, yarıqlardan sızması; Stromboli tipi – nisbətən qatı lavanın qısa partlayışlarla kraterdən atılması və s.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti