Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vadi

ərəbcə

Su axınlarının yaratdığı çökək və axın istiqamətində maili uzunsov relyef forması.

V.-lər, adətən, axar suyun eroziya fəaliyyəti nəticəsində formalaşır. Çaylar öz  sahillərini yuyaraq ətrafında V.-lər yaradır. V.-nin dərinliyi, eni və strukturu axının gücündən, təsir müddətindən (tarixindən), süxurların davamlılığından və s. faktorlardan asılıdır. Onun uzunluğu isə bir neçə kilometrdən bir neçə yüz kilometrədək ola bilər. Dağ V.-ləri düzənlik V.-lərindən dərinliyi, nisbətən ensizliyi və yamaclarının sərtliyi ilə fərqlənir. Mərkəzi Asiyada V. dedikdə həmçinin sıra dağlar və ya yüksəkliklər arasında geniş düzənlik nəzərdə tutulur (məs.: Sırdərya çayı boyunca 300 km uzanan, eni bəzi yerlərdə 170 km-ə çatan Fərqanə V.-si). V.-lər əhalinin məskunlaşması və kənd təsərrüfatının inkişafı üçün çox əlverişli sahələrdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti