Bahadırlar və xalq qəhrəmanları haqqında nağıl şəklində yaradılmış rus xalq eposu.
IX–XIII əsrlərə aid edilən B.-da folklora xas olan mifoloji ənənələr geniş yer tutur. B.-lar məzmunca iki əsas hissəyə bölünür:
1) qəhrəmanlıq B.-ları – İlya Muromets, Alyoşa Popoviç, Dobrınya Nikitiç;
2) tarixi-məişət B.-ları – Svyatoqor, Vasili Buslayev.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKitaba yüksək qiymət verən, kitabı dəyərləndirən şəxs.
B.-lər qiymətli kitabları, əlyazmaları və müxtəlif nəşriyyat məhsullarını toplayıb öyrənir, mühafizə edirlər. Qərbi Avropada B.-lər tərəfindən kitabların üzərinə vurulan nişanlara ekslibris deyilirdi. Şərqdə isə B.-lər belə kitabların üzərinə möhürlər vururdular ki, həmin möhürlərdə şəxsin adı və ya künyəsi olurdu. Azərbaycanda A.Bakıxanov, M.F.Axundzadə, M.Sidqi, S.Mümtaz, N.Ağayev kimi B.-lərin zəngin şəxsi kitabxanaları olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. biblion – kitab + grapho – yazmaq
Kitabların adlarını və bir sıra vacib göstəricilərini əks etdirən siyahı; bu fəaliyyət sahəsini öyrənən kitabxanaçılıq şöbəsi.
B.-da kitabın adı, müəllifi, növü, nəşriyyatı, çap olunduğu il və yer, səhifələrin sayı, qiyməti və bu kimi məlumatlar öz əksini tapır. Hər hansı bir məsələyə aid ədəbiyyatın siyahısına, müəyyən bir tarixi zaman ərzində buraxılmış nəşrlərin siyahısına da B. deyilir. B. termini M.ö. II–I əsrlərdə Qədim Yunanıstanda meydana gəlib və əvvəllər “kitab yazılması” mənasını verib. İlk biblioqrafik əsər 392-ci ildə romalı İeronim Stridonski tərəfindən yazılıb. Müasir dövrdə B. alimə, yazıçıya, tədqiqatçı və oxucuya onu maraqlandıran sahəyə, mövzuya dair mövcud məxəzləri öyrənməkdə kömək edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKitab kolleksiyasına, xüsusilə nadir, nəfis və ya antikvar kitab toplamağa ifrat aludəçilik.
B. termini ilk dəfə Mançester Kral xəstəxanasının həkimi Con Ferriar tərəfindən 1809-cu ildə dostuna həsr etdiyi şeirdə işlədilib. B. azarına tutulmuş şəxslərə biblioman deyilir. Bibliomanlar üçün əsas məsələ kitabları oxumaq deyil; onlar yığdıqları kitabların sayı və çeşidi ilə fəxr edirlər. Eyni kitabın müxtəlif nəşrlərinin toplanması da B. adlanır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDaha çox çəltik əkinçiliyi ilə bağlı oxunan əmək nəğmələri.
B.N.-ni çəltik şitilləri əkilib qurtaran gün, bəzən də becərmə və biçin dövründə qadınlar oxuyurlar:
Əkin çəltiyi, əkin!
Çəltiyə çəpər çəkin!
B.N. təkcə çəltik əkini ilə bağlı deyil; bura nanə becərilməsi və toplanılması ilə bağlı nəğmələr də daxildir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏdəbi şəxsiyyətin yaradıcılığını onun həyat təcrübəsi ilə vəhdətdə öyrənmək metodu.
B.M.-un ən görkəmli nümayəndəsi fransız ədəbiyyatşünası Sent-Byöv (1804–1869) olub. Onun “Ədəbi portretlər” silsiləsində o dövrün bir çox ədibləri haqqında əsərlər yer alıb. Sent-Byöv yazıçının daxili aləminə, hətta məişət şəraitinə də mümkün qədər nüfuz etməyə çalışıb. Hazırda xarici ədəbiyyatşünaslıqda da bir çox monoqrafik tədqiqatlar bu metodla yazılır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÖzünə qapılan, cəmiyyətdən uzaq duran, bədii sənəti real həyatdan üstün tutan yaradıcı insan tipi.
B.-i səciyyələndirən əsas xüsusiyyətlər bunlardır: dünya malına qarşı ikrah hissi, içkiyə aludəlik, sənətə vurğunluq. Qərbdə geniş yayılmış belə insan tipləri zaman-zaman ədəbi əsərlərin də obrazına çevrilib. B. tipi M.Füzulinin yaradıcılığından oxucuya tanış olan Rind obrazına yaxındır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞeirin tələffüzü zamanı misranın fasilələr (durğu) hesabına bir neçə hissəyə bölünməsi.
B. şeirdə ritm yaradan əsas vasitələrdəndir. Misra fasilə hesabına iki və daha artıq hissəyə bölünə bilər. Bəzən bu hissələr öz aralarında qafiyələnir (daxili qafiyə). Heca vəznində B. zamanı sözlərin bütövlüyü pozulmur, yəni fasilə sözlərin arasına düşür. Qoşma janrında yazılmış şeirlərdə 6-5, 4-4-3 şəklində B. ola bilir. Birinci misra hansı B.-dədirsə, sonrakı misralar da eyni B.-də olur. Məsələn, aşağıdakı bəndin bütün misraları 6-5 B.-sündədir.
İşarət еylədim, /dərdimi bildi,
Gördüm həm gözəldi, / həm əhli-dildi.
Başını buladı, / gözündən güldü,
Güləndə qadası / canıma düşdü. (Aşıq Ələsgər)
Heca vəznindən fərqli olaraq əruzda və sillabik-tonik vəzndə B. sözün ortasına da düşə bilər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSon dərəcə mübaliğəli, kobud şəkil almış komizm, təlxəklik, oyunbazlıq.
Kökləri xalq meydan tamaşaları (fars, skomoroxlar, maska teatrı və s.) ilə bağlıdır. Lakin B. ünsürlərinə dünya klassik dramaturgiyasında (V.Şekspir, J.Molyer, N.V.Qoqol və b.) da təsadüf olunur. Məsələn, Qoqolun “Evlənmə” əsərində Podkolesin nişanlısının gözünə görünməmək üçün pəncərədən tullanır. B.-dan sirkdə də çox istifadə edilir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. bucolica – çoban mahnıları
Çobanların həyatından bəhs edən antik şeir janrı, çoban poeziyası.
Qədim yunan şairi Feokritin (M.ö. III əsr) yaradıcılığında daha çox rast gəlinir. B.-da çoban həyatı ilə yanaşı, təbiət gözəllikləri və kənd həyatının füsunkarlığı tərənnüm olunur. B. janrına daha yaxın şeir janrı Avropada geniş yayılmış ekloqa janrıdır. Bukolik şeirlərə Qərbi Avropa ədəbiyyatında ən çox Vergili və Bokkaççonun yaradıcılığında, XVIII–XIX əsrlərin rus poeziyasında isə A.Sumarokov, V.Jukovski, A.Delviq və b.-nın yaradıcılığında rast gəlinir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. burlesque, ital. burlesco, burla – zarafat
Təhkiyə formasında zarafatcasına, məzhəkə və parodiya şəklində yazılan yumoristik şeir.
B. XV–XVI əsrlərdə italyan və fransız şeir janrı kimi yaranıb. Renessans dövründə inkişaf edib, XVII–XVIII əsrlərdə Avropada xüsusilə geniş yayılıb. XVIII əsrdən etibarən ciddi və komik hadisələrin bir arada istifadə edildiyi musiqili tamaşalar üçün B.-ə geniş yer verilib. Klassik əsərlərdəki üslub və obrazların komik səviyyədə təqlid olunması, yüksək dəyərlərin aşağılanması B.-in spesifik xüsusiyyətlərindən biridir. XVII əsr fransız şairi Skarron Roma şairi Vergilinin məşhur poeması “Eneida”nı B. formasında işləyib. Skarronun B.-ində “Eneida”da təsvir olunan ilahlar alverçi dili ilə danışırlar.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMəhəbbət dastanlarında dərviş, ixtiyar qоca, pir və s. mifik оbrazların qızı оğlana ani оlaraq göstərməsi, bəzən isə “еşq şərbəti”ni içirtməsi hadisəsi.
Dastan qəhrəmanına B. verilməsi hadisəsinə Ş.İ.Xətainin “Dəhnamə” poemasında, “Qurbani”, “Abbas və Gülgəz”, “Qul Mahmud” və s. məhəbbət dastanlarında rast gəlmək olar. Məsələn, “Aşıq Qərib” dastanında dеyilir: “Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində bеhişt misalı bir bağdadı, bunun başının üstündə cеyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: – Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta vеrirəm, çоx çəkməz, biri-birinizə çatarsız, – dеyib çəkildi”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti