Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pastoral

fr. pastorale – kəndə, çobana aid olan

Çoban həyatına həsr olunmuş bukolik əsər növü.

P.-ın çox yayılmış süjet sxemi belədir: nəzakətli çoban daşürəkli bir pəriyə, yaxud çoban qıza vurulur və məhəbbət onu iztirablara düçar edir. P. antik bukolikada mövcud olan şərtilik ünsürünü qüvvətləndirmiş və realizmdən uzaqlaşmışdı. P.-ın janr formaları rəngarəngdir: ekloqa, poema, roman və s.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti