Müəyyən miqdar sayları ilə onların aid olduğu isim arasında işlənən sözlər; məs.: iki dəst mebel.
Numerativ sözlər iki cür olur: 1) əsas vəzifəsi numerativlik olanlar: dənə, nəfər, dəst, cüt, metr, ton, litr və s.; 2) əsas vəzifəsi numerativlik olmayan, ancaq numerativ kimi işlənə bilən sözlər: parça, tikə, damcı, qaşıq, göz, baş, top, vaqon, ədəd, çəllək, qazan, boşqab, nəlbəki və s. Bu sözlər, əslində, isim olsa da, cümlədəki mövqeyinə görə numerativ sözlər hesab olunur; məs.: bir dəstə gül, bir baş soğan, bir çəllək çaxır, bir tikə çörək və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti